RİNN kiber kəşfiyyat işinə girişib

RİNN kiber kəşfiyyat işinə girişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Tribuna.az xəbər verir ki, bu prosesdə diqqət çəkən məqam “kiber kəşfiyyat” işləri ilə bağlıdır.

Belə ki, nazirlik “Kiber kəşfiyyat və sorğuların idarəetmə sistemləri” tendderi üzrə satınalmalar həyata keçirəcək. Qeyd edilir ki, tendderin qalibi “MİRAİ TECHNOLOGY” MMC olub. Bu məqsədlə tərəflər arasında 784 min 115 manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kiber kəşfiyyat işləri ilə məşğul olmaq səlahiyyətinin olub, olmadığı bəlli deyil. Lakin bu, sadə bir proses deyil. Eyni zamanda, bu işlər ölkədə məşğul olan kifayət qədər ciddi dövlət qurumları var.

Fərda Uğur