“Qarabağ” Futbol Klubunun akademiyasında növbəti məşqçi təyinatı gerçəkləşib.
Tribuna.az xəbər verir ki, klubun yaydığı məlumata əsasən, U-19 komandasının baş məşqçisi vəzifəsinə Rəşad Sadiqov təyin olunub.
Rəşad Sadiqov Azərbaycan futbolunun tanınmış simalarından biridir. O, peşəkar futbolçu kimi “Şəfa”, “Neftçi”, MOİK və “Qarabağ” klublarında çıxış edib. Müdafiəçi mövqeyində oynayan Sadiqov uzun illər Azərbaycan milli komandasının da formasını geyinib.
Qeyd edək ki, bu təyinat “Qarabağ” akademiyasında həyata keçirilən yeni məşqçi dəyişiklikləri çərçivəsində baş tutub.










