Rejim Təbrizə əlavə qüvvələr yeridib: Nə baş verir? –ŞƏRH

Rejim Təbrizə əlavə qüvvələr yeridib: Nə baş verir? –ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən etibarən İrandakı molla rejimi bir sıra şəhərlərdə hərbi vəziyyət elan edib. Tribuna.az xəbər verir ki, son aksiyalarda episnetrlərdən biri olan Loristan əyalətində hərbi vəziyyət tətbiq edilib.

Bildirək ki, molla rejimi dünəndən etibarən Təbrizə şəhərinə də əlavə hərbi qüvvələr yerləşdirməyə başlayıb. Bunun hansı səbəbdən edildiyi isə məlum deyil. Halbuki son aksiyalarda Təbrizdə hər hansı ciddi hadisə qeydə alınmayıb.

Hansı halda Təbrizə bu qədər qüvvə yerilə bilər? Siyasi şərhçi Fikrət Fəraməzoğlu Tribuna.az-a bildirib ki, bunun üçün bir neçə səbəb olmalıdır. “Birincisi, rejimin əlində Təbrizdə ciddi etirazların başlamasına dair məlumatlar olmalıdır. Hal hazırda Təbrizdə hər hansı hərəkətlilik müşahidə olunmur. Hadisələrin ən qızğın vaxtı belə Təbriz sakit dayanmışdı. Güman ki, hökumət qüvvələri indidən preventiv tədbir görmək qənaətinə gəlib”.

Ekspert ikinci səbəb kimi Təbrizdə etirazlar üçün hazırlıqların başladıldığını göstərib. “Təbriz əhalisi son aksiyalara dəstək verməsə də, bu onların rejimin dəstəkçisi olması anlamına gəlməməlidir. Çünki Güney Azərbaycan əhalisi əvvəl gündən aksiyanın əsas şüarlarından biri olan Pəhləvi məsələsndə iştirak etməyəcəyini bəyan etmişdi. Hətta özünün ayrıca tələblərinin olduğunu da vurğulamışdı. Ehtimal ki, aksiyalar yatdıqdan sonra Təbriz öz haqqını tələb etmək üçün ayağa qalxmaq fikrindədir. Nəticədə, molla rejimi isə ona “terrorçu”, “təxribatçı” damğası vura bilməyəcək”.

Fərda Uğur