ABŞ Nümayəndələr Palatasının Texas ştatından üzvü Pet Fellon İranın Ali Lideri Əli Xameneiyə xəbərdarlıq edərək deyib: “Nə qədər ki, imkan var, İranı tərk et”
ABŞ Konqres üzvünün birbaşa İranın Ali Liderinə “ölkəni tərk et” çağırışı diplomatik baxımdan nə deməkdir? Bu, adi siyasi bəyanatdır, yoxsa mesajlı hədədirmi?
Belə bir açıqlama ABŞ-İran münasibətlərində yeni mərhələnin – hərbi və ya kəşfiyyat eskalasiyasının anonsu sayıla bilərmi?
ABŞ-ın bu cür açıq təhdid ritorikası bölgədə – xüsusən Yaxın Şərqdə hansı prosesləri sürətləndirə bilər?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən siyasətçi Cavanşir Abbaslı bildirib ki, İrandakı proseslərin arxasında Amerikanın dayandığı hamıya məlumdur.
Siyasətçinin sözlərinə görə, ölkədəki sosial və iqtisadi durumla bağlı insanlar arasında kifayət qədər narazılıqlar var idi. Amma meydanlara axışmaq üçün yetərli deyildi. Hesab edirəm ki, Venesuela proseslərindən sonra Tramp növbəti hədəf kimi İranı seçdi. Sadəcə bunu açıq şəkildə bildirə bilməz. Maduro bağlı ittihamları vardı amma İranla bağlı ittihamları qısa zamanda irəli sürə bilməz.
Cavanşir Abbaslı qeyd edib ki, Maduro ilə bağlı beynəlxalq hüququ Tramp necə pozdusa, İranın Ali dini liderinə ünvanlanan sözlər də beynəlxalq zidd hərəkətlərdir. Hər hansı bir ölkənin rəhbərinin öz ölkəsini nə vaxt tərk etməsini özündən yaxşı bilən yoxdur. Xüsusilə də İran inqilabından sonra faktiki olaraq İrana rəhbərlik edən bir şəxsin kifayət qədər şəxsi təcrübəsi olduğu halda, İrandakı proseslərin fonunda həyatına təhlükənin Nə zaman yaranacağını ondan yaxşı bilən yoxdur. Bəlkə də Trapm mesaj verir ki, səhəri gün İrana hücum olarsa, “səni də Maduronun gününə salacağıq”. Hər şey ola bilər, çünki artıq beynəlxalq hüquq qalmayıb. İran proseslərinin sonunda təbii ki, hakimiyyət dəyişməyəcək. Etirazçıların müəyyən tələbləri yerinə yetiriləcək. Amma bu etirazların sonunda İranın bir daha vurulması məsələsi ola bilər. İsrail tərəfindən təkrarlana bilər. Hətta Amerikanın özü tərəfindən birbaşa reallaşması mümkündür. Çünki İranda internet kəsildi. Çünki etirazçıları sıradan çıxarmaq üçün SEPAH hərəkətə keçə bilər. Müəyyən qədər zorakılıqlar törədə bilər. Amerika da bundan istifadə edərək İrana girə bilər. İstənilən halda biz Amerikanın İrana hücumunu və bölgədə müharibənin alovlanmasını istəmirik. Amma hesab edirəm ki, İran hakimiyyəti də yüz ölçüb, bir biçməlidir və rəvac verməməlidir ki, bu proseslər yaşansın.
Dəniz Pənahova










