Quru sərhədləri açmaq lazımdır, yoxsa… – Natiq Cəfərli

Quru sərhədləri açmaq lazımdır, yoxsa… – Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin birinci kvartalında (yanvar-mart) Azərbaycana gələn turist sayı, 2025-ci ilin eyni dövrü ilə müqaisədə 5%-ə yaxın azalıb, cəmi 484 min turist səfər edib.

Tribuna.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, Gürcüstana eyni dövrdə 998, yəni, təxminən, 1 milyon turist səfər edib – bu keçən ilin eyni dövrü ilə müqaisədə 4% daha çoxdur:

“Eyni dövrdə Ermənistana 454 min turist gəlib, bu keçən ilin 1-ci kvartalı ilə müqaisədə 18,2% çoxdur və ümumiyyətlə, 1991-ci ildən üzü bəri Ermənistanda 1-ci rübdə heç vaxt bu qədər turist olmayıb, bu rekord göstəricidir.

Quru sərhədlərin mənasızcasına bağlı olması ölkəmizin iqtisadi durumuna, turizm sahəsinə ciddi mənfi təsir göstərir. Tbilisiyə dəmir yolunun açılması bu vəziyyəti düzəltmir – çünki gündə cəmi 1 səfər edən qatar turizmə, iqtisadiyyata heç cür təsir edə bilməz.

Bu inadı bitirmək, bu daşı ətəkdən tökmək, sərhədləri açmaq lazımdır – bu ölkə iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, Azərbaycanın investisiya imicinə də yaxşı impuls verə bilər”.

Nigar İxtiyarqızı