Quru sərhədlər iyula qədər açılmayacaq – Ətraflı

Quru sərhədlər iyula qədər açılmayacaq – Ətraflı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, mövcud karantin rejimi 2026-cı il aprelin 1-i saat 06:00-dək qüvvədə olacaq.
Qərara əsasən, hazırda tətbiq edilən sanitariya-epidemioloji tədbirlər və mövcud məhdudiyyətlər göstərilən tarixədək saxlanılır.

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı karantin rejiminin uzadılması ilə bağlı əsas məntiqin nədən ibarət olduğunu əsaslandırıb.

Siyasətçinin sözlərinə görə, bu, cəmiyyətimizin əsas mövzularından və problemlərindən biri kimi görünür. Mən aprelə qədər karantin rejiminin uzadılması barədə öncədən açıqlama vermişdim. Düşünürəm ki, burada təəccüblü heç nə yoxdur. Soyuqqanlı və təmkinli yanaşmaq lazımdır. Artıq 5 ildir biz bu problemi yaşayırıq. Demək olar ki, artıq buna öyrəşmişik. Bir neçə ay da səbr və dözüm nümayiş etdirmək lazımdır. Çünki hazırda biz bütün milli problemlərimizi həll etmiş kimi düşünə bilərik. Amma unutmayaq ki, hələ də Qarabağla bağlı saziş əldə olunmayıb. Başqa bir sıra məsələlər də var. Qonşu ölkələrlə münasibətlərimiz hələ ki, tam şəkildə düzəlməyib. İranı qeyd etmək olar. Rusiya ilə də soyuqluq davam edir. Eləcə də Ermənistanla münasibətlər hansı səviyyədədir məlumdur. Ona görə də hesab edirəm ki, iyulun 1-nə qədər səbr etmək lazımdır. Gələn ilin ilk yarımilinə kimi quru sərhədlərin bağlı olması ehtimalları hələ də yüksək görünür. Emosiyalara qapılmaq lazım deyil. Çünki emosional fikirlər bəzən insanları, cəmiyyəti bir az çaşdırmağa da yönələ bilər. 5 il dözüm nümayiş etdirdiksə, yarım il də, 1 il də dözmək mümkündür. Aid qurumların təbii ki, cəmiyyətə sağlam bir mövqe aşılamaları çox doğru olardı. Hətta bunun səbəblərini tam aydın izahlı formada qeyd etsələr, əminəm ki, cəmiyyət də bunu anlayışla qarşılayar. Hələ qərar təzə verilib. Belə bir açıqlama gözləniləndir. Könül istərdi ki, quru sərhədlər açılsın Amma bunun rüşeymləri görünmür. Ona görə də top-tüfənglə qarşılamaq da doğru deyil.

Dəniz Pənahova