Qızıl bahalaşır: Dollarla əmanəti olanların NƏZƏRİNƏ

Qızıl bahalaşır: Dollarla əmanəti olanların NƏZƏRİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızılın qiyməti durmadan artır. Bu bahalaşmanın bizim üçün riskləri maraq doğurur. Qızılın qiymətindəki yüksəlmə bizə hansı formada təsir edə bilər və risklər nədən ibarətdir?

Mövzu ilə bağlı Tribuna.az-a danışan ekspert Əkrəm Həsənov bildirib ki, qızılın qiymətinin qalxması o deməkdir ki, dünyada kağız pulların dəyəri düşür:“Qızılın dünyada miqdarı məhduddur. Kağız pulu isə nə qədər istəyirlər buraxırlar. Qızılın qalxması ilə pul dəyərdən düşür. O cümlədən də dollar.


Qızılın qalxmasının bizim üçün riski ondan ibarətdir ki, valyutamız dəyərdən düşür. Biz çalışmalıyıq ki, valyutamızı dollarda deyil, qızılda daha çox saxlayaq.

Aydındır ki, dünya hazırda hansı istiqamətə gedir. Dünyanın maliyyə modeli dəyişir. Yəni Amerika və onun dollarının hökmranlığı dövrü bitməyə doğru gedir. Demirəm, bu, yaxın zamanda baş verəcək. Lakin ona doğru gedir. Bizim aktivlərimizin də çoxu dollarla olduğu üçün bizimçün risklidir.

Bizim valyuta ehtiyatlarımız təəssüf ki, əsasən dollarda saxlanılır”.

Nigar İxtiyarqızı