“Qəbələ”nin rəqibləri bəlli oldu

“Qəbələ”nin rəqibləri bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəbələ”nin qış fasiləsində yoxlama oyunları keçirəcəyi rəqiblər açıqlanıb.

Tribuna.az  klubun mətbuat xdmətinə istindən xəbər verir ki, yanvarın 10-da Qəbələdə “Kəpəz”lə qarşılaşacaq komanda 3 gün sonra hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq..

“Qəbələ” burada daha iki oyun keçirəcək. Yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək “qırmızı qaralar”, ayın 18-də “Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq.

Oyunların başlama saatı və məkanı barədə əlavə məlumat veriləcəyi bildirilib.