Torpaqlarımızı azad etmişik! Ermənistanla da sülh sazişi olmalıdır və olacaq. QHT-lər səviyyəsində proses də başlayıb. İnşallah, dövlət baba gərəyini də yapacaq. Amma bu sülh məsələsində də bir əndazı olmalıdır, məncə. Yəni özfaliyyət, şitlik, yaltaqlıq lazım deyil.
Tribuna yazır ki, bu fikirlərlə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu çıxış edib.
Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsiflər heyətində təmsil edən məşhur müğənni Samirə Əfəndinin Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 xal verib, ardınca müsabiqənin nəticələri elan olunarkən erməni iştirakçını səhnədə qucaqlamasına etirazını bildirən R. Kərimoğlu S. Əfəndinin hərəkətini çox yersiz adlandırıb:
“Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanlı münsifin davranışı çox yersiz oldu. Bir az da yaltaqlıq kimi göründü.
Ağ eləməyin də. 12 bal vermisən. Tamam, vermisən də. Ta o ermənini bağrına basmaq nə idi elə?!
Dərinə getmirəm… Sülh prosesi qaniçənə yaltaqlanmaq demək deyil ha.
Həddinizi bilin, ayıbdır! Heç olmasa, Prezidentimizin belə anlardakı davranışından nümunə götürün!
Bəzilərinin ermənidən ötrü lap içi gedirmiş ey”.
Gülşən Rəsul










