Qardaş ölkə fəlakət içində – ölənlər artır…

Qardaş ölkə fəlakət içində – ölənlər artır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kocaelinin Başiskele rayonundakı Yaylacık məhəlləsinin keçmiş başçısı Mustafa Gediklinin cəsədi tapılıb.

Tribuna.az bildirir ki, onun meyiti daşqın suları nəticəsində itkin düşərək dəniz polisi qrupları tərəfindən İzmit körfəzindəki Yarımca sahilində dənizdə tapılıb. İstanbulda daşqınlar nəticəsində daha dörd nəfərin ölməsi ilə hər iki şəhərdə ölənlərin sayı beşə çatıb.

Marmara bölgəsi daşqınlardan zərər çəkib. Ən böyük ziyan günlərdir bölgəyə təsir edən yağışlar nəticəsində yaranıb.

84 ilin ən güclü yağışlarının yaşandığı İstanbulda baş verən daşqın fəlakətinin yaralarını sağaltmaq üçün səylər davam edərkən, itkin düşmüş vətəndaşların axtarış əməliyyatları da davam edir. Sarıyer Ayazağada daşqının üçüncü günündə cansız bir cəsəd tapılıb. İstanbulda baş verən daşqınlarda ölənlərin sayı 4-ə çatıb, 3 nəfər isə hələ də itkin düşüb.

Həsən Ağa