Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti fərtdi yaşayış evlərində təmir işlərinə hazırlaşır.
Tribuna.az xəbər verir ki, sözügedən qurum bununla bağlı tender elan edib.
Belə ki, “Qaçqınkom” Bakı, Sumqayıt, Mingəçevir şəhərilərində və Biləsuvar, Bərdə rayonlarında salınmış məcburi köçkün qəsəbəsində fərdi yaşayış evlərinin və mənzillərinin təmirini reallaşdıracaq. Tenderin nəticəsi martın 12-də açıqlanacaq.
Onu da bildirək ki, sözügedən dövlət qurumu bu işlərin görülməsi üçün 451 min 115 manat ayırmaq fikrindədir.
Fərda Uğur









