Prezidentlərin təkbətək və geniş tərkibdə görüşü oldu-FOTOLAR

Prezidentlərin təkbətək və geniş tərkibdə görüşü oldu-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki “Villa Borsig” iqamətgahına gəlib.
Tribuna.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.
Daha sonra Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib.
***
İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.