Politoloq: “Luke Coffenin mesajı potensial risklərlə bağlıdır”

Politoloq: “Luke Coffenin mesajı potensial risklərlə bağlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün ABŞ Heritage fondunda Xarici siyasət mərkəzlərindən birinin rəhbəri, tanınmış hərbçi və hərbi analitik Luke Coffi  maraqlı bir açıqlama ilə çıxış edib. Tribuna.az xəbər verir ki, o, özünün X platformasındakı hesabında Azərbaycan Bayrağı ilə birlikdə “HAZIR OL” sözlərini yazıb.

44 günlük Vətən Savaşında Azərbaycanı aktiv dəstəkləyən Koffinin bu açıqlaması bir çoxlarında təəccüb yaradıb. Məsələ ilə bağlı Trbuna.az-a açıqlama verən politoloq Rüstəm Tağızadə bildirib ki, Luke Coffeyin paylaşımı birbaşa “rejim dəyişikliyi çağırışı”ndan çox, etnik mobilizasiya potensialına işarədir. “O, İranda etirazların artıq yalnız iqtisadi-sosial narazılıq deyil, milli və identik xətt üzrə parçalanma riskini də daşıdığını vurğulayır. İran azərbaycanlılarının sayca böyük olması etirazlara kütləvi şəkildə qoşulacağı təqdirdə rejim üçün təhlükəsizlik yükünü kəskin artırır”.

O qeyd edib ki, buradda həqiqət payl çoxdur. “Tehran üçün əsas qorxu küçə etirazlarından çox, onların mərkəzdən kənar regionlarda legitimlik böhranına çevrilməsidir. Lakin bu, avtomatik olaraq separatizm və ya koordinə olunmuş etnik üsyan demək deyil. Hazırkı mərhələdə bu çağırılar daha çox psixoloji və informasiya təzyiqi aləti kimi işləyir”.

Tağızadə hesab edir ki, Lukenin meüsajı daha çox potensial riskləri qabardır. “Nəticə etibarilə, Lukenin mesajı faktiki vəziyyətdən çox, potensial riskləri qabardır: əgər etirazlar etnik xətt üzrə kəsişərsə, İran dövləti üçün böhran keyfiyyətcə yeni mərhələyə keçə bilər. Bu isə hələlik ehtimaldır, qaçılmaz ssenari yox”.

Fərda Uğur