Pezeşkiandan etiraf: “Siyasi sistem işləməyimə imkan vermir”

Pezeşkiandan etiraf: “Siyasi sistem işləməyimə imkan vermir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkian maraqlı açıqlama ilə çıxış edib.

Tribuna.az xəbər verir ki, o, ölkə rəhbəri olsa da, isədiklərini edə bilmədiyini etiraf edib.

Pezeşkian bidirib:  “Mən doğrudur, İran prezidentiyəm, ancaq, hər hansı möcüzəyə və yaxud nəyinsə dəyişəcəyinə əsla inanmıram.  İnsanların məndən gözləntisi başa düşürəm ki, çoxdur, amma ki, məndə təəsüf ki, sehirli çubuq yoxdur. Reallıq isə başqadır, daha ağırdır”.

O qeyd edib ki, xalqa verdiyi bir çox vədi yerinə yetirmək istəyir. Lakin maneələrlə üzləşir. “Bir çox işləri görmək istəyirəm. Amma buna bizdəki siyasi sistemin mahiyyəti imkan vermir. Ölkə artıq tam dalana dirənib, böhrandan çıxışın ideyaları da tükənib. Əgər qonşuların bir çoxu bizdən ehtiyat edirsə, deməli, oturub düşünmək lazımdır ki, bu niyə belədir”.

İran prezidenti etiraf edib ki, ölkəsi əslində ciddi xaosun içərisindədir. “Ölkədə elə bir böhran var ki, yalandan hər şey yaxşıdır demək olmur. Ölkədə elə bir idarəetmə problemi var ki, günahkar ABŞ, ya sionist rejim də demək mümkün deyil.  Çünki, hər şeydən də əvvəl problem bizim içimizdədi, biz özümüzük”.

Fərda Uğur