2023-cü ilin martında AQTA tərəfindən “Qida təhlükəsizliyi qeydiyyatı” ləğv edilən “Payım” ticarət markası ilə kolbasa və sosiskalar istehsal edən “Al-Sana” MMC barəsində növbəti dəfə cərimə protokolu imzalanıb.
Tribuna.az xəbər verir ki, “Al-Sana” MMC inzibati Xətalar Məcəlləsinin 464-cü maddəsini popzub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Al-Sana” MMC ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. İşə 25 dekabr tarixində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









