“Oscar Film Production” 26 yaşını qeyd edir

“Oscar Film Production” 26 yaşını qeyd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, 9 iyun tarixində şirkətin yaradılmasının 26 ili, rəsmi qeydiyyatdan keçməsinin isə 20 ili tamam olur.

Bu gün 2026-cı ildə həm 26 illik yaradıcılıq yolu, həm də 20 illik rəsmi fəaliyyət tarixi qürurla qeyd edilir.

Vurğulanıb ki, illər boyu təkcə müxtəlif layihələr istehsal olunmayıb, eyni zamanda hekayələr danışılıb, obrazlar yaradılıb, tamaşaçılara müxtəlif duyğular yaşadılıb və Azərbaycan ekran tarixində öz izləri qoyulub.

Şirkət bu 26 il ərzində Azərbaycan televiziya və serial sahəsinə çoxsaylı kadrlar qazandırılıb, yeni simaların tanınmasına və peşəkarlaşmasına mühüm töhfələr verib.

26 illik yaradıcılıq yolu, 20 illik rəsmi fəaliyyət, minlərlə kadr, yüzlərlə layihə və tükənməyən vizyon gələcək üçün daha böyük hədəflərin əsasını təşkil edir.

Şirkət bu yolda ona etimad göstərən televiziya kanallarına, dəstək olan dostlarına, dəyər verən izləyicilərinə və onunla birlikdə böyüyən hər kəsə təşəkkürünü çatdırıb.

“Oscar Film Production” fəaliyyətini “Eyni vizyonla… Daha güclü sabaha…” şüarı ilə davam etdirdiyini də bəyan edib.

Şirkəti təbrik edir, gələcək işlərindən uğurlar arzu edirik.