Təhsil eksperti Elşən Qafarov bağlanan məktəblərdən birinin müəlliminin Elm və təhsil naziri Emin Əmrullayevə “təşəkkür” mesajını paylaşıb.
Tribuna.az xəbər verir ki, ekspert bildirib ki, nazirə qarşı belə mesajı olan müəllim həddən artıq çoxdur. Sözügedən müəllim isə nazirə ünvanladığı mesajda daha heç kəsin dərsə gəlmədiyini, onlayn isə heç kəsin dərsə qoşulmadığını bildirib:
“Bağladığınız məktəbin müəllimi olaraq sizə təşəkkür edirəm. Daha nə uşaq var, nə də ki, məktəb. Artıq uşaqlar evdə komputeri qoşub yatırlar. Guya ki, dərsdədilər. Artıq məktəb həyətindən uşaq səsləri gəlmir”.
Müəllimin nazirə mesajını təqdim edirik:
Gülşən Rəsul










