Məqsəd insanın həyatına rəng qatır. Məqsədi olmayan insanın həyatı mənasız kecir. Onların vaxtı boş keçir. Və belə insanlar qocalanda bu həyatda heç nə etmədilər deyə peşman olurlar. Məqsədsiz insanın motivasiyası az olur və ya hec olmur. Onların enerjisi enir və heç nə etmədən özlərini yorğun hiss edirlər. Belə insanlar öz həyatlarını axarına buraxırlar və “nə olacaq oda olacaq” deyib yaşayırlar.
Məqsədli insanlar. Onların həyatı mənalı olur. Onlar yuxudan oyandiqda ilk öncə öz məqsədini necə həyata keçirəcəyini düşünürlər və kiçik addımlarla öz məqsədinə doğru gedirlər. Onların enerjisi yüksək olur. Belə insanlar hec kimə qulaq asmırlar, öz fikirlərini üstün tuturlar . Onlar bilirlər ki, gec-tez öz məqsədinə catacaqlar. Ətrafdakılar onların məqsədinə gülə bilər, “səndə alınmaz” deyərlər, amma onlar nə olursa olsun qabağa gedirlər. Hər kəsin öz həyatı var, öz dünyagörüşü. Özünü tanıyan insanın həyatı gözəl olur. Cətinlik olur,amma buna baxmayaraq inkişaf edə edə, hər səhvdən dərs cixardıb, bir də o səhvi etmirlər.
Məqsədlər cürbəcür olur. Kimsə arıqlamaq istəyir, kimsə varlanmaq, kimsə oxumaq və ya işləmək istəyir. Mənim məqsədimi soruşsanız, mən insanlara xidmət etmək istəyirəm. Bu mənim əsas məqsədlərimdən biridir və buna görə də çalışıram. Siz də çalışın ,dayanmayın,ruhdan düşməyin. Alınmasa, hədəfinizə çatmağin yolunu axtarın.
Və ən əsası inanın. İnanın ki, alınacaq. Əgər bilmirsinizsə nəyə qadirsiniz, nə məqsəd qoyasınız qabaqınıza, nə işlə məşğul olasınız,yəni məqsədiniz yoxdusa, baxın ətrafınıza,görün sizi nəyə görə tərifləyirlər .
Məqsəd insanı hərəkətə gətirir. Xəstə olsan belə, imkanın olmasa belə məqsədin varsa- həyat da var deməkdir. Öz həyatını dəyərləndir . Sən qapını döy ki, qapı sənə açılsın. Bunu yadınızda saxlayın ki, “MƏQSƏD VARSA HƏYAT DA VAR”.
Nisə Kərimova










