Məmurlar Xocavəndi gəzdilər – Fotolar

Məmurlar Xocavəndi gəzdilər – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, martın 16-sı Prezident Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

Tribuna.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, iclasdan sonra Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhərinin Baş planı ilə tanış olublar.

***

İclasdan sonra Xocavənd rayonunda “İmperium Agro MMC” bağçılıq təsərrüfatına baxış keçirilib.

***

Xocavəndə səfər çərçivəsində Qərargahın üzvləri rayonun Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

***

Xocavəndə səfər çərçivəsində rayonun Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib.

Tədbirdə müəssisənin fəaliyyəti və yerli iqtisadiyyata verdiyi töhfə haqqında məlumat dinlənilib.