Kərə yağı adı ilə satılan “Krestyanskoe” yağlarının kərə yağı olmadığı məlum olub.
Tribuna.az xəbər verir ki, sözügedən yağ marketlərdə kərə yağı adı ilə satılsa da, tərkibinə görə təbii kərə yağı hesab edilmir. Yağın tərkibində qaymaq olsa da, suyun miqdarı qaymaqdan daha çoxdur. Üstəlik yağın tərkibində bitki yağı var. Mütəxəsisslərin fikrincə, əgər yağın tərkibində bitki yağı varsa, bu təmiz kərə yağı hesab edilə bilməz.
“Krestyanskoe” yağları marketlərdə əslində Rusiya istehsalı olan yağ adı ilə satılır. Məhsulun üzərində “Made in Russia” yazılsa da, bu mlumatlar Azərbaycan dilində qeyd edilir və ünvan kimi isə yerli ünvan göstərilir. Halbuki orjinal rus məhsullarında əsas yazılar rus dilində qeyd edilir, Azərbaycan dilində məlumatlar isə qablaşdırmanın üzərinə yapışdırılır.
Sözügedən yağ marketlərdə həm Rusiya istehsalı yağ, həm də təmiz kərə yağı adı ilə təqdim edilir. Lakin “Krestyanskoe” yağları həm yerli istehsaldır, həm də bitki tərkiblidir.
Məlumata görə, satıcı şirkət “Sun Food” MMC-dir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul











