Venesuela Prezidenti Nikolas Maduronun ABŞ-ın Nyu-York şəhərinə gətirildiyi təsdiqlənib.
Tribuna.az xəbər verir ki, Ağ Evin mətbuat xidməti Maduronun Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Nyu-Yorkdakı ofisində çəkilmiş görüntülərini ictimaiyyətə təqdim edib.
Yayımlanan videokadrlarda Venesuela liderinin hüquq-mühafizə orqanlarının müşayiəti ilə dəhliz boyunca hərəkət etdiyi, əllərinin isə qandallı olduğu aydın görünür.
Bu video materiallar Nikolas Maduronun Nyu-Yorka çatdırıldığını rəsmi şəkildə təsdiqləyən ilk sübut kimi qiymətləndirilir.
“NBC News”un məlumatına əsasən, Venesuela prezidentinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik maddələrin və silahların qanunsuz dövriyyəsi ilə bağlı irəli sürülən ittihamlar üzrə hakim qarşısına çıxması gözlənilir.
Milli.Az









