2026-cı ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən banklar arasında kredit portfeli azalan yeganə bank “Xalq Bank” olub.
Tribuna.az xəbər verir ki, bu barədə bank sektorunun 1 iyul 2026-cı il tarixinə olan göstəricilərinə əsaslanan reytinqdə bildirilib. Reytinqə görə, “Xalq Bank”ın kredit portfeli 1 milyard 730,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azalma deməkdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına görə, ölkə üzrə ümumi kredit portfelinin həcmi də artım nümayiş etdirir. Belə ki, 2026-cı il iyunun 1-nə kredit portfeli 30,9 milyard manata yaxın olub və ilin əvvəlindəki göstəricini üstələyib.
Xatırladaq ki, “Xalq Bank” cari ilin birinci rübünün maliyyə hesabatında kredit portfelinin 1,88 milyard manat olduğunu açıqlamışdı. Sonrakı aylarda bu göstəricinin azalaraq 1,73 milyard manata enməsi bankın bazarda kreditləşmə həcminin zəiflədiyini göstərir.
Gülşən Rəsul









