CHP lideri Kamal Kılıçdaroğlu ötən həftə Azərbaycana çağırış edib. O, məktəblərdə vahid geyim forması haqda danışıb və hicabın qadağan edildiyini bildirib. CHP başqanı deyib ki, Türkiyə bu proseslərdən bir dəfə keçib, Azərbaycan eyni taleyi yaşamasın.

Onun çıxışına münasibət bildirən politoloq Züriyə Qarayeva Tribuna.az-a qeyd edib ki, Kılıçdaroğlu Azərbaycanın daxili işlərinə qarışa bilməz.
Onun sözlərinə görə, CHP başqanı ölkəsinin siyasəti ilə məşğul olsa yaxşıdır: “Kılıçdaroğlunun partiyasına etdikləri yadından çıxmasın. Nəticədə böhran və parçalanma başladı, CHP-ni xeyli tərk edənlər oldu. İndi partiyanın düşdüyü vəziyyəti düzəltməyi fikirləşmək əvəzinə Azərbaycanın işlərinə qarışır”.
Politoloq qeyd edib ki, vahid məktəbli formasına riayət olunmalıdır və burada müəllimlərə də, şagirdlərə zərərli heç nə yoxdur.
Həsən Ağa









