İranın tanınmış dindarlarından olan ayətullah Cəfər Sübhani Azərbaycanda həbsdə olan “dindar” qadınlarla bağlı bəyanat yayıb.
Tribuna.az xəbər verir ki, o, rəsmi Bakıdan həmin qadınları azadlığa buraxmağı xahiş edib.
O bildirib ki, siyasi və təşkilati maraqlar dini vəzifələrini yerinə yetirməkdən onları ayırmamalıdır. “Bu hörmətli xanımlara bir mesajım var: Onlardan xahiş edirəm ki, aclıq aksiyasını dərhal dayandırsınlar. Siz ki, doğru yol və işi seçmisiniz. Heç vaxt aclıq aksiyasına əl atıb onun nəticələrini çəkməklə dostları narahat və düşmənləri şad etməməlisiniz”.
Sübhani yekunda Azərbaycan rəsmilərinə müraciət edərək, deyib: “Azərbaycan Respublikasının hörmətli məsullarından xahiş olunur ki, bu hörmətli xanımlara qarşı vicdani və əxlaqi vəzifələrini yerinə yetirsinlər və onları tezliklə azad etsinlər”.
Fərda Uğur









