İran üçün geri sayım başladı. SEPAH İranı xaosa aparır. İranın hərbi -siyasi elitası “gözü çıxmış qardaşından” dərs götürmədi. Səddam İraqı və Əsəd Suriyası Tehran üçün dərs olmalı idi.
Tribuna.az xəbər verir ki, bu barədə danışan siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, ABŞ-nin hərbi potensialını və dağıdıcı siyasətini təhlil edə bilmirlər:
“Yaxud özləri həqiqətən eyforiyada olub qalib olacaqlarını sanırlar. İranın xarici siyasəti qonşularına və beynəlxalq birliyə daima zidd idi.
Hazırda İran ağır şəkildə bombardman edilir.
SEPAH isə döyüşəcəyik deyir.
Kürdlər isə, yenə də alət olurlar. Uzun illər Türkiyə qarşı PKK terror təşkilatı vasitəsilə mənasız döyüşə cəlb olundular və istifadə müddəti bitdi. Suriyada YPG adı altında ABŞ əlaltıları oldu. İndi isə İrana qarşı istifadə edilməsi planlaşdırılır.
İranda kürdlər silahlı terrora əl atsalar, tam fiaskoya uğrayacaqlar. Onların İranda yaşaması sual altında olacaq”.
Gülşən Rəsul










