Bakı şəhərinin meri Eladar Əzizovun müşavirədə icra başçılarına verdiyi töhmət digərlərinə də nümunə olmalıdır. Eyni zamanda, bu xəbərdarlıqdan sonra Suraxanı və Xəzər rayonlarında peoblemlerin həll olunacağını gözleyirik.
Bu sözləri Tribuna.az-a Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib.
O bildirib ki, Suraxanı və Xəzər rayonlarında yollar, işıqlanma və qanunsuz tikintilər kimi problemlər var:
“Bunu da Eldar Əzizov müşavirədə açıqladı. Ümumiyyətlə digər Bakı rayonlarında da problemlər çoxdur. İcra başçıları prezidentin tapşırıqlarını yerinə yetirməsə, onlar da həbs olunan keçmiş həmkarlarının taleyini yaşayacaq” .
Gülşən Rəsul









