İcra başçısının sabiq müavini də azadlığa çıxdı

İcra başçısının sabiq müavini də azadlığa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amnistiya Aktının icrası ilə azadlığa çıxanlardan biri də Neftçalanın sabiq icra başçısnın ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova olub.

Tribuna.az xəbər verir ki, G.Sadıqova 2021-ci ildə keçirilən məhkəmə prosesi zamanı elə məhkəmə zalında həbs edilmişdi. O, külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilmişdi.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən, Gültəkin Sadıqova 6 il 6 ay azadlıqdan mərhum edilmişdi.

O, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdılar. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilmişdi.
Xatırladaq ki, G. Sadıqova 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olmuşdu.

Gülşən Rəsul