Həyət evi tikmək istəyənlərin NƏZƏRİNƏ-VİDEO

Həyət evi tikmək istəyənlərin NƏZƏRİNƏ-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ev qiymətlərinin kəskin bahalaşması mənzil və hazır həyət evlərinə marağı azaldıb. Artıq bir çoxları torpaq alıb, fərdi yaşayış evi tikməyə üstünlük verir. Ancaq indi ev tikmək o qədər də asan deyil. Bunun üçün qanunvericiliyin tələblərini bilmək və əməl etmək lazımdır ki, sonradan problem yaranmasın.

Mövzu ilə bağlı Tribuna.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, fərdi yaşayış evinin tikintisi üçün evin tikiləcəyi torpaq sahəsinin mütləq şəkildə çıxarışı olmalıdır. Həmçinin çıxarışda torpağın təyinatı göstərilməlidir:

“Torpaq yaayış məntəqələri üçün uyğun torpaq olmalıdır. Vətəndaş belə torpaqların yalnız 40 faizində fərdi yaşayış evi inşa edə bilər. Layihə çəkilərkən evin hündürlüyü, qonşu evlərlə məsafəsi, təhlükəsizlik normaları nəzərə alınmalıdır. Bu normaların qorunması mütləqdir.
Fərdi yaşayış evləri mütləq şəkildə icazə ilə və lazımi sənədlərin təqdim edilməsi ilə tikilməlidir. Bunlar edilmədiyi təqdirdə ciddi problemlər yarana bilər. Vətəndaş evin sənədərini alarkən, o evə qeydiyyata düşərkən və bu kimi məsələlərdə problem yaşamaq istəmirsə, evin tikintisinə başlamazdan əvvəl bütün sənədləri, prosedur qaldalarını diqqətli izləməli və əməl etməlidir”.

Nigar İxtiyarqızı