“Halal Dad”ın kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto

“Halal Dad”ın kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Halal Dad” MMC-yə məxsus mal əti bişmoş kolbasaslarının tərkibində insan orqanizmi üçün zərərli qida əlavələrinin olduğu məlum olub.

Tribuna.az qida məhsullarının etiketindəki məlumatları oxucular üçün daha aydın dildə izah etməyə davam edir. Bu dəfə “Halal Dad” müəssisəsinin bişmiş kolbasalarının etiketini oxuyacağıq.
Ertiketdəki məlumatda əsasən sözügedən MMC-nin istehsalı olan bişmiş kolbasaların tərkibi qismən təbidir. Ancaq kolbasanın tərkibində yer alan əlavə qida maddələrinin çoxluğuna əsasən mütəxəssislər onu gündəlik istifadə üçün tövsiyyə etmir.
Belə ki, məhsulun tərkibində natrium nitrit – E250, E300, E450 və E451 var.
Kolbasanın tərkibindəki E300 askorbin turşusu (vitamin C) ilə birləşərək benzol birləşməsi əmələ gətirir və bu maddə orqanizmdə xərçəng riskini artıra bilər.
Bu kolbasanın tərkibində E450 qida əlavəsi də var ki, o da zərərli hesab edilənlərdəndir. Belə ki, E450 mədə pozulmasına səbəb olan qida əlavəsidir.
Digər qida əlavəsi olan E451 də natrium və kaliumun fosfatlarla zəngin duzlar olub ət məhsullarında, əritmə pendirdə, şirniyyatda, dondurmada, unlu toz qarışımlarda istifadə edilir. Diş məcunları və ağız baxım məhsullarında da istifadə edilir.

E451 qida əlavəsi E450 ilə eyni yan təsirlərə sahibdir. Almaniyada qadağandır. Qətiyyən tövsiyə olunmur. Siçanlar üzərində aparılan təcrübələrdə ümumi metabolizmin pozulmasına səbəb olur və hiperaktivliyə, mineralların sorulmasının ləngiməsinə, həzm pozulmalarına, sonsuzluğa, inkişafına mane olub ömrü qısaltdığı aşkar edilib.

Bir məhsulda bu qədər – hətta zərərləri az olsa belə bir neçə qida əlavəsinin olması mütəxəssislərin fikrincə, yolverilməzdir, insan orqanizminə olduqca zərərdir. Mütəxəssislər hesab edir ki, bu tərkibə malik qidalar xüsusilə uşaqlara verilməməlidir. Həmçinin bu tərkibdə kolbasa gündəlik istifadə üçün də mütəxəssislər tərəfindən tövsiyə edilmir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul