Gənclər müəllim olmaq istəmir: 266 boş yer

Gənclər müəllim olmaq istəmir: 266 boş yer

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlik ixtisaslarında 266 yer boş qaldı – ekspert səbəbini açıqladı

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı bəzi müəllimlik ixtisasları üzrə yerlər boş qalıb.

Tribuna.az xəbər verir ki, həhsil üzrə ekspert Elçin Əfəndiyev bildirib ki, artıq müəllim peşəsinə münasibət dəyişib:

“İlkin müsabiqədən sonra kimya müəllimliyi üzrə 76, biologiya müəllimliyi üzrə 57, kimya və biologiya müəllimliyi üzrə 57, fizika müəllimliyi üzrə 31, riyaziyyat müəllimliyi üzrə 32, coğrafiya müəllimliyi üzrə 10, tarix və coğrafiya müəllimliyi üzrə isə 3 yer vakant qalıb”.

Ekspert bu vəziyyətin cəmiyyətdə müəllim peşəsinə münasibətin göstəricisi olduğunu vurğulayıb.

“Fikrimcə, bu vəziyyət cəmiyyətin müəllimə və bu peşəyə qarşı münasibətinin təzahürüdür”, – deyə Elçin Əfəndiyev qeyd edib.

Gülşən Rəsul