Sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya açıq məktub ünvanlayıb.
Tribuna.az xəbər verir ki, məktubu Feysbuk hesabında paylaşan ekspert vacib məsələyə diqqət çəkib:
“Hörmətli Bahar xanın!
Üç məktəbə gedən yolun üstündə dananı kəsib, başını asırlar.
Bütün qəssabxanalar belədir. Əminəm ki, Siz uşaq psixologiyasının əlifbasından xəbərdarsınız.
Nəvəmin psixoloji travma almaması üçün gözlərini bağlayıb oradan keçməliyik?
Bəlkə bu mövzu üzrə də Elm və təhsil nazirliyi ilə birgə Qrant müsabiqəsi elan edəsiniz?”.
Nigar İxtiyarqızı










