Ermənilər indi də Vensdən “mədət umurlar”

Ermənilər indi də Vensdən “mədət umurlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, ABŞ-ın dövlət katibi Ceyms di Vens fevralda Azərbaycan və Ermənistana səfər edəcək.

Tribuna.az xəbər verir ki, ermənilər indidən çırmanaraq, çay gəlməmiş onu keçməyə hazırlaşırlar.

Belə ki, onlar Vensdən Azərbaycanda mühakimə olunan terrorçu və separatçıların alınaraq, Ermənistana verilməsini istəyirlər. Ekspert Tatevik Ayrapetyan bildirib ki, Vensin səfəri onlar üçün unikal şans yarada bilər. “Vensin Ermənistana səfəri Bakıda mühakimə olunan erməni məsələsinin həlli üçün ən yaxşı fürsətdir. ABŞ bunu edə bilər”.

Ayrapetyan iddia edib ki, onlar Bakıda qala bilməzlər. “Bu, sülh haqqında söhbətlərlə uyğun gəlmir. Vensin səfəri çərçivəsində bu məsələni həll etmək üçün hakimiyyətə təzyiq göstərməyə, Vensin Əliyevi Bakıya səfəri zamanı bu məsələni həll etməyə məcbur etməsinə kömək etməyə çağırıram”.

Fərda Uğur