Ermənistanda hökumətlə kilsə arasında savaşın yeni mərhələyə keçəcəyi gözlənilir.
Tribuna.az xəbər verir ki, indiyə qədər 13 keşişin hökumət tərəfə keçməsi planın birinci mərhələsi hesab olunur.
İrəvanda nəşr olunan “Past” qəzeti isə yazır ki, Nikol Paşinyan kilsəyə qarşı planının ikinci mərhələsini işə salmağa hazırlaşır. “Bu plana əsasən həbslərin olması istisna deyil. Məqsəd erməni kilsəsini ya tam tabe etmək, ya da onu ikiyə bölməkdir”.
Fərda Uğur









