Erməni ekspert: “Əliyev Paşinyana 50 min adamın siyahısını verib”

Erməni ekspert: “Əliyev Paşinyana 50 min adamın siyahısını verib”    

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir qrup separatçı və terrorçunun mühakiməsinin başa çatması və onlara ağır cəzaların verilməsi Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib.

Tribuna.az xəbər verir ki, hətta bəzi ekspertlər prosesin onların cəzalanddırılması ilə yekunalşamayacağı fikrindədirlər.

Yerli mediaya açıqlama verən hərbi ekspert Hayk Nahapetyan bildirib ki, Azərbaycan Qarabağda separatçılıq və terrorçuluqla məşğul olmuş digər ermənilərin də təhvil verilməsini tələb edib. O iddia edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana bununla bağlı siyahı da təqdim edib. “Nikol Paşinyan yenidən seçildikdən sonra Ermənistanda olan bir çox erməniləri Bakıya təhvil verəcək. Prezident İlham Əliyev artıq istədiyi 50 min adamın siyahısını Paşinyana verib. Onların arasında hərbçilər, keçmiş döyüşçülər və prezidentlər də var”.

Fərda Uğur