ABŞ-da tanınmış yəhudi əsilli Hollivud prodüseri, 76 yaşlı Herşel Veinqrodun 15yaşlı yeniyetmə ilə bağlı görüntüsü qalmaqala səbəb olub.
Tribuna.az xəbər verir ki, prodüser 15 yaşlı qızın yaşını bildiyi halda onunla görüşərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məsələ ictimaiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə hadisə məşhur maliyyəçi Cefrei Epşteyn işi ilə müqayisə olunur.
Xatırladaq ki, Epşteyn azyaşlıların cinsi istismarı və insan alveri ittihamları ilə həbs edilmiş, onun işi Hollivud və siyasi dairələrdə geniş əlaqələr şəbəkəsini üzə çıxarmışdı.
Daha ətraflı videomaterialı təqdim edirik:
Dəniz Pənahova









