“Əmrullayevin əli ilə təhsil sistemi dağıdılır”  – Ekspert

“Əmrullayevin əli ilə təhsil sistemi dağıdılır” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazir açıqladı ki, növbəti tədris ilindən uşaq sayı az olan, azkonfliktli məktəblər onlayn sistemə keçiriləcək. Bu cür məktəblərin sayı da 1241-dir. Bu qədər məktəbi onlayn təhsilə keçirmək nə deməkdir?. Bir nazirin təhsilə yanaşma formasına baxın. Bu qərar bizi məhvə aparır.

Bu sözləri Tribuna.az-a təhsil üzrə mütəxəssis Elşən Qafarov nazir Emin Əmrullayevin müsahibəsi zamanı növbəti ildən bəzi məktəblərin onlayn təhsilə keçiriləcəyi ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, Emin Əmrullayev kütlə psixologiyasını çox yaxşı bilir:

“Bunu yaxşı bildiriyi üçün də ölkə təhsilində baş verən çox ciddi problemləri ört-basdır etmək məqsədilə vaxtaşırı olaraq ictimai fikri çaşdırır, yönləndirir. Bu cür açıqlamalarla nazir diqqəti təhsildən yayındırır.
Ölkə təhsili çox ciddi bir problemlər dövründən keçir, olduqca ciddi problemlər yaşanır təhsildə. Bunun əsas səbəbi də Əmrullayevin səriştəsiz idarəetmə bacarığıdır. Heç bir dövlətin təhsil naziri sevinərək deməz ki, bizim bu qədər məktəbimiz bağlanıb. Bunu ancaq Emin Əmrullayev edir.
Sin 5 ildə bütün problemləri pandemiya dövründəki onlayn təhsilin üzərinə atırdı. İndi isə deyir ki, uşaq sayı az olan, azkonfliktli məktəbləri onlayn sistemə keçirəcəyik. Bu cür məktəblərin sayı da 1241-dir. Bu qədər məktəbi onlayn təhsilə keçirmək nə deməkdir?.
Bir nazirin təhsilə yanaşma formasına baxın. Bu insanın təhsilə yanaşması, təhsil düşüncəsi, müəllimə yanaşması insanı dəhşətə gətirir.
Əmrullayev vaxtaşırı ictimaiyyətə, mediaya müzakirələr açmaq üçün bu cür açıqlamalar, müsahibələr verir. Məqsəd odur ki, təhsil sistemini təməldən dağıdıb cəmiyyətin fikrini təhsildən yayındırsın”.

Ekspert bildirib ki, Əmrullayev və onun ayrı-ayrı şirkətlərdən gətirdiyi təhsilə aidiyyəti olmayan dostları cəzalandırılmalıdır:

“Çünki bu insan və ətrafındakılar ölkənin təhsilini bərbad hala salır. Bu qərarlar bizim gələcəyimizi məhvə aparır. Təəssüf ki, Əmrullayevin əli ilə təhsil sistemi təməldən, bilərəkdən dağıdılır”.

Nigar İxtiyarqızı