Emin Əmrullayev tender keçirilmədən 10 manatlıq şirkətə 4.7 milyon ödəyəcək

Emin Əmrullayev tender keçirilmədən 10 manatlıq şirkətə 4.7 milyon ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi şagirdlərin məktəblərarası daşınması xidmətlərinə 4 735 096 AZN xərcləyəcək.

Tribuna.az pravda.az-a istinadən xəbər verir ki, xidmət “Qala Express” MMC tərəfindən göstəriləcək.

Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi şirkətlə “bir mənbə metodu” ilə müqavilə bağlayıb. Yəni, müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Xidmətin detalları da məlum deyil.

Qeyd: Elm və təhsil naziri Emin Əmrullayevdir. “Qala Express”in rəhbəri isə Elşən Təvəkkül oğlu Şükürovdur. Nizamnamə kapitalı 10 AZN-dir.