“Əgər Rusiya Abbas Abbasovu verməsə…”

“Əgər Rusiya Abbas Abbasovu verməsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

A. Abbasovun Mehdiyevlə hansı əlaqələri üzə çıxa bilər?

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Abbas Abbasovla bağlı doğrudan da faktlar varsa, istintaq obyektiv gedir.

A. Nağının sözlərinə görə, o da cəlb olunmalıdır, gəlməlidir. Ya şahid qismində, ya da təqsirləndirilən şəxs qismində cavab verməlidir.

A. Abbasovun Ramiz Mehdiyevlə münasitinə toxunan sədr qeyd edib:

“Onların münasibətləri yaxın olub. Deyilən proseslərin içərisində olub. İstər Milli Şuranın yaranmasında, istərsə də Milyarderlər Klubunun yaranmasında həmişə öndə olub. O, Rusiyada gedən diaspor münasibətləri içərisində də olubdur. Həmçinin rəhbərlik edibdir. Bəzən Rusiyada müəyyən qurumlarda rəsmi qaydada da rəhbərlik edib. Rusiya hakimiyyəti sanki onu özünün inanmış adamı kimi qəbul edirdi. Mən dəfələrlə demişəm, istər müxalifət, istərsə də hakimiyyət tərəfdarı olanların heç biri istintaq işlərinə şübhə ilə yanaşmasınlar. Başqa fikir yaratmağa çalışmasınlar. Qərəzli fikirlər səsləndirməsinlər. Yalnış ictimai rəy yaratmağa çalışmasınlar. Çünki obyektiv tədqiqat işləri gedir. Bu istintaq işlərinin içərisində kimin nə qədər günahı varsa, sübut olunursa, ona uyğun da cəzasını çəkməlidir. Məhkəmə də kifayət qədər açıq şəkildə faktlar ortaya qoyacaqdır. Söhbət gedir ki, Rusiya onu Azərbaycana verəcək, ya yox. Burada da Rusiyanın mövqeyi ilə bağlı müəyyən məsələlər ortaya çıxacaq. Rusiya əgər Abbas Abbasovu verməsə, Deməli bu adamın Rusiya ilə bağlılığı açıq şəkildə ortaya, çıxır. Deməli, Rusiyanın da bu işlərin içərisində qarışığı var. Abbas Abbasovun vəziyyətini ağırlaşdıran bir hakim olacaq. Rusiya hök əgər özünə güvənirsə, Abbas Abbasovun günahsız olduğunu güman edirsə, iddia edirsə, əlbəttə ki, onu Azərbaycana buraxmalıdır.”

Dəniz Pənahova