Milli Məclisdə çıxış edən deputat Razi Nurullayev qazın və istiliyin lüks və ya imtiyaz olmadığını, insanın yaşamaq üçün ən elementar ehtiyacı olduğunu vurğulayıb.
Tribuna.az-ın xəbərinə görə, deputat bildirib ki, əgər qaz borusu evin önündən keçirsə, lakin uşaq soyuqda qalırsa, bu, vətəndaşın yox, sistemin problemidir.
Razi Nurullayev çıxışında əlavə edib ki, qanunlar insanlar üçün qəbul olunur və bu cür məsələlər həllini tapmalıdır.
“Biz qanunları insanlar üçün qəbul edirik. Bu məsələ də həll olunmalıdır”, – deyə deputat parlamentdə çıxışı zamanı qeyd edib.
Ətraflı videomaterialda:
Dəniz Pənahova









