DSMF-nin xərcləri 2 milyardı ötüb

DSMF-nin xərcləri 2 milyardı ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin I rübündə proqnozla müqayisədə 9 faiz və ya 183 milyon manat çox olmaqla 2 milyard 132 milyon manat təşkil edib.

Tribuna.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 41 milyon manat artaraq 1 milyard 559 milyon manat olub.

Bu ilin 3 ayında DSMF-nin xərcləri isə 2 milyard 53 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 189 milyon manat çoxdur.