Mərdəkan qəsəbəsində dənizdə batan dörd nəfərdən geriyə ürəkdağlayan görüntülər qalıb.
Tribuna.az xəbər verir ki, oxu.az-ın hadisə yerinə gedən əməkdaşları gənclərin dənizə girməzdən əvvəl əyləşdikləri masanın fotosunu çəkiblər.
Görüntülərdə onların son yeməklərindən qalan loxmaların və qabların stolun üzərində qaldığı əks olunub.
Faciənin qəfil baş verdiyini göstərən bu kadrlar kədər hissi ilə qarşılanıb.
Qeyd edək ki, Mərdəkan qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batan dörd nəfərdən üçünün meyiti tapılıb. Bir nəfərin axtarışları isə davam etdirilir.











