Daha bir övladı Bred Pittin soyadından imtina etdi – Foto

Daha bir övladı Bred Pittin soyadından imtina etdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur Hollivud ulduzları Ancelina Coli və Bred Pittin Efiopiyadan övladlığa götürdükləri qızları Zahara da atasının soyadından imtina etmək üçün rəsmi müraciət edib.

Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, Zahara “Pitt” soyadının sənədlərdən çıxarılmasını istəyir. Bununla da o, məşhur aktyorun soyadından rəsmi şəkildə imtina edən üçüncü övladı olub.
Ancelina Coli və Bred Pittin ümumilikdə altı övladı var. Onlardan üçü övladlığa götürülüb – Maddoks (Kamboca), Zahara (Efiopiya) və Paks (Vyetnam), üçü isə cütlüyün bioloji övladlarıdır – Şaylo və əkizlər Noks ilə Vivyen.
Məlumata görə, Şaylo daha əvvəl soyadını rəsmi qaydada dəyişdirib, Maddoks da eyni addımı atıb. Vivyen isə hələ hüquqi proseduru tamamlamasa da, ictimai və peşəkar fəaliyyətində “Pitt” soyadından istifadə etmir. Zaharanın müraciəti təsdiqlənərsə, o, atasının soyadından rəsmi şəkildə imtina edən üçüncü övlad olacaq.
Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2016-cı ildə ayrılıb, uzun sürən məhkəmə çəkişmələrindən sonra boşanma prosesi yekunlaşıb. Son illər ailədaxili münasibətlər və övladların soyad dəyişikliyi dünya mediasının diqqət mərkəzindədir.

Nigar İxtiyarqızı