Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu – FOTO

Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu ilə “Təzə Pir” məscidində vida mərasimi keçirilib.

 

Məlumata görə, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyət, mərhum şairin ailə üzvləri və media mənsubları iştirak ediblər.

 

Mərasimdə çıxış edənlər Çingiz Əlioğlunun ədəbi və ictimai fəaliyyətinə toxunublar.

 

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov onun yarım əsrlik ədəbi fəaliyyətini ciddi araşdırma mənbəyi olacağını qeyd edib.

 

Xalq yazıçısı Anar Çingiz Əlioğlu ilə möhkəm dostluq münasibətlərinin olduğunu bildirib. O, Çingiz Əlioğlunun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki adlandırıb.

 

Yazıçı Seyran Səxavət isə çıxışında Çingiz Əlioğlunun unikal poetik düşüncəyə malik olduğunu ifadə edib.

 

Yekunda çıxış edən mərhumun oğlu, kinoprodüser və rejissor Orman Əliyev mərasim iştirakçılarına minnətdarlığını bildirib.

 

Vida mərasimindən sonra Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

 

Qeyd edək ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib. O, 1944-cü ildə Füzuli rayonunda anadan olub. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adlarına layiq görülüb.