“Çox pulum var, onu xərcləyəcək yerlər axtarıram” açıqlaması ilə manşetlərə çıxan Bülənt Ərsoy Türkiyə daxilində daşınmaz əmlak və iş yerləri də daxil olmaqla heyrətamiz miqdarda sərvət toplayıb.
Tribuna.az-ın araşdırmasına görə, sənətçi Bülənt Ərsoyun bundan əvvəlki açıqlaması “Sevgi istəyirəm. Çox pulum var, xərcləyəcək yerlər axtarıram. Yaraşıqlı olsa yaxşı olardı. Bu qədər pulu kimə verəcəm?” sözləri yenidən gündəmə gəldi və Divanın aktivləri ilə bağlı təfərrüatlar da ortaya çıxdı.
Belə ki, əldə edilən məlumata görə, Bülənt Ərsoyun İstanbulda ümumilikdə 28 mənzili var. Ərsoyun müxtəlif şəhərlərdə yerləşən 4 ultra lüks villaya sahib olduğu da öyrənilib.
ADASI BELƏ VAR
Sənətçinin sərmayələri təkcə yaşayış binaları ilə məhdudlaşmır. Marmarisdə özəl bir sahil adası və Fəthiyədə yanacaqdoldurma məntəqəsi divanın diqqətəlayiq sərmayələri arasındadır. İstanbulun Fənərbaxçasında özəl sauna biznesi də Ərsoyun ticarət fəaliyyətləri arasındadır.
Bülənt Ərsoyun Bodrum, Antalya və İzmirdə bağ evləri olduğu da məlum olub. Bülənt Ərsoyun ümumi pul və zinət əşyalarının dəyərinin 60 milyon dolları keçdiyi bildirilir. Bu, türk klassik musiqisinin divası Bülənt Ərsoyun uzun karyerası ərzində topladığı sərvətin ölçüsünü ortaya qoyur.
Dəniz Pənahova











