Bu ölkədə qarğalar siqaret kötüklərini yığır – qarşılığında yemək alırlar (FOTO)

Bu ölkədə qarğalar siqaret kötüklərini yığır – qarşılığında yemək alırlar (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə qarğalar şəhərləri siqaret kötüklərindən təmizləyir – qarşılığında yemək alırlar

Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçdə zibil probleminə qeyri-adi həll yolu tapılıb. Qarğalara küçələrdə atılmış siqaret kötüklərini toplamaq və xüsusi qurğuya atmaq öyrədilir. Bunun qarşılığında quşlara yemək verilir.

Sistem olduqca sadə işləyir: qarğa siqaret kötüyünü qurğuya atır və cihaz ona yem verir. Qarğalar yüksək intellektə malik quşlar olduğundan onların bu davranışı öyrənməsi nisbətən asan olub.

Layihənin arxasında İsveçin Corvid Cleaning şirkəti dayanır. Şirkətin qurucusu Kristian Günter-Hanssenin sözlərinə görə, qarğaların bu işə cəlb edilməsi siqaret kötüklərinin yığılması xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Onun hesablamalarına görə, bu üsul şəhərin siqaret kötüklərinin təmizlənməsinə çəkdiyi xərcləri 75 faizə qədər azalda bilər.

Layihə İsveçin Stokholm yaxınlığındakı Södertälje şəhərində sınaqdan keçirilib. Məlumata görə, şəhərdə hər il küçələrin təmizlənməsinə təxminən 20 milyon İsveç kronu xərclənir.

Qarğaların iştirakı ilə bağlı əsas məsələlərdən biri isə quşların sağlamlığıdır. Layihə çərçivəsində onların siqaret kötükləri ilə təmasının mümkün təsirləri də nəzərə alınır.

İmran Kərimli