Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində sovxoz sisteminin hələ də qaldığı məlum olub.
Tribuna.az xəbər verir ki, SSRİ dağıldıqdan sonra ləğv edilən həmin qurumun hətta tenderlərə qatıldığı da üzə çıxıb.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac-Bəzək Bitkiləri Sovxozu bitkilər üçün dibçəklərin satınalınmasını həyata keçirib. Rəsmin qaynaqlarda qeyd edilir ki, tenderin qalibi “ABA TRADING” MMC olub. Bu satınalmanın dəyəri isə 208 min 388 manat təşkil edib.
Fərda Uğur









