“Bravo” marketdə endirimə düşən məhsulu müştəriyə endirimsiz qiymətlə satıblar.
Tribuna.az xəbər verir ki, bu barədə Facebookun “Müştəriyəm, şikayətim var” səhifəsində Zərgül Novruzova yazıb.
“Etiketdə endirim var idi. Amma verdikləri qəbzə indi baxıram. Endirimsiz vurulub”, deyə – müştəri bildirib.
Səhifədə yazılan şikayətə şərh bildirənlərin əksəriyyəti bildirib ki, “Bravo”da bu kimi hallar tez-tez baş verir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul













