Böyük Qayıdış proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən ekoloji maarifləndirici görüşlər təşkil edilib.
Tribuna.az xəbər verir ki, Laçın rayonunun Zabux kənd və Cəbrayıl rayonunun M.Mehdizadə adına tam orta məktəblərinin şagirdləri üçün keçirilən görüşlər zamanı ətraf mühitin qorunmasının vacibliyi, təbii ehtiyatlardan səmərəli istifadə, tullantıların düzgün idarə olunması, biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib. Tədbirin sonunda şagirdlərlə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.
Görüşlərin keçirilməsində əsas məqsəd məktəblilərdə təbiətə qayğı, ekoloji məsuliyyət, ekoloji davranış vərdişlərini formalaşdırmaq, onları ətraf mühitin qorunmasına təşviq etməkdir.
Sənan Məmmədli









