Bolnisidə anasının öldürdüyü 7 yaşlı Fərrux – Foto

Bolnisidə anasının öldürdüyü 7 yaşlı Fərrux – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Bolnisi bələdiyyəsinin Dəmirli (Xaxalajvari) kəndində baş verən dəhşətli hadisənin yeni təfərrüatları məlum olub.

Tribuna.az xəbər verir ki, 42 yaşlı qadın 7 yaşlı oğlu Fərrux Əhmədovu qətlə yetirib.

Hadisədən sonra qadın özünə də xəsarətlər yetirərək intihara cəhd edib. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Hadisə mayın 31-nə keçən gecə baş verib. İddialara əsasən, qadın uşağa ürək nahiyəsindən zərbə endirib. Bəzi mənbələr hadisə zamanı qayçıdan istifadə edildiyini bildirir. Evdə digər azyaşlı uşaqların da olduğu qeyd edilir.

Öldürülən uşağın Fərrux Əhmədov olduğu, cinayətdə ittiham olunan şəxsin isə Svetlana Əhmədova olduğu bildirilir. Məlumatlara görə, qadın Azərbaycan vətəndaşıdır.

Hadisədən sonra ailə üzvlərinin baş verənləri gizlətməyə çalışdığı iddia olunur. Lakin məlumat qısa müddət ərzində hüquq-mühafizə orqanlarına çatdırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi qadının saxlanıldığını təsdiqləyib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsin ağırlaşdırıcı hallarda qəsdən öldürülməsini nəzərdə tutan 109-cu maddəsi ilə istintaq aparılır.

Gürcüstan mediası qadının psixoloji problemlərinin olduğunu yazsa da, bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

İstintaq hadisənin bütün detallarını araşdırır.

Gslşən Rəsul