Qəbul imtahanlarının 2 mərhələsi (blok imtahanı) üzrə 1-ci və 2-ci cəhdin statistikası göstərir ki, az bal yığanlar 2-ci cəhddən yayınıblar.
Tribuna.az xəbər ki, bu barədə təhsil eskeprti Ramin Nurəliyev blok imtahanları barədə danışarkən deyib. O bildirib ki, abituriyentlərin əksəriyyəti 2-ci cəhddə iştirak etmək fikrində deyil:

“Göründüyü kimi 1-ci cəhdə nisbətdə 2-ci cəhddə qeydiyyatdan keçənlərin sayında 20000 ətrafında azalma müşahidə olunur.
Göründüyü kimi 1-ci cəhddə 2-ci qrup ilə 3-cu qrupun sayı eynidir, amma 2-ci cəhddə 2-ci qruplarda 3-cu qrupa nisbətən təxmini 2 dəfə çox azalma var. Burda bəzi 2-ci qrupların riyaziyyat qorxusundan 3-cu qrupa keçidinin də təsiri var.
Birinci qrupların sayında da ciddi azalma müşahidə olunur.
Ümumi sənəd verənlərin sayının 131000 olması və blok imtahanlarında 93000 və 71000 ətrafında abituriyentin görünməsi 5-ci qrupların və kolleclərin çoxluğunu göstərir.
Bu da 5-ci qrupların say çoxluğunun ehtimalıdır. Əlbəttə, qabiliyyət imtahanı çox şeyi dəyişəcək”.
R. Nurəliyev bildirib ki, ikinci cəhddə sayın az olmasının bir səbəbi də çox aşağı bal yığanların müsabiqədən könüllü uzaqlaşmasıdır:
“Bu hər il müşahidə olunur. Aşağı bal yiganlar 2-ci cəhddən ümidsiz olduqları üçün yayınırlar”.
Nigar İxtiyarqızı









